Şabran körpüsünün ətrafındakı bəzi evlər qəzalı vəziyyətə düşüb

Şabran körpüsünün ətrafındakı bəzi evlər qəzalı vəziyyətə düşüb






presstv

"Presstv"az #Ailə, #Audi, #Avto, #Bakı, #Hakim, #Quba, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində inşa edilmiş körpünün ətrafındakı bəzi evlər qəzalı vəziyyətə düşüb.

Ox.Az xəbər verir ki, bu barədə “Report”a yerli sakinlər məlumat veriblər.

Onların iddialarına görə, 2010-cu ildə istifadəyə verilmiş həmin körpü ilə çoxtonnajlı yük maşınlarının intensiv hərəkəti zamanı evlərdə güclü silkələnmə hiss olunur. Bunun nəticəsində yaxınlıqdakı evlərin bir çoxunun divarlarında çatlar əmələ gəlib.

Sakinlər deyiblər ki, buna görə evlərini təmir edə, yaxud da sata bilmirlər. Ona görə də ərazidəki ailələrin bir qismi öz mülklərini tərk etmək məcburiyyətində qalıb.

Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətindən bildirilib ki, layihə ilə sözügedən körpünün altına düşən evlərin problemi zamanında həll olunsa da, ətrafdakı digər evlərlə bağlı hələlik yekun qərar verilməyib:

“2006-cı ilin fevral ayında Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar yolun rayon ərazisindən keçən hissəsinə baxış keçirilib. Bu zaman 12 fərdi yaşayış evinin körpünün altına düşdüyü müəyyən edilib. Yolun tikintisi zamanı həmin evlər sökülüb və sahiblərinə kompensasiya ödənilib. Körpüyə yaxın olan digər evlərə baxış keçirilsə də, onlarla bağlı hələ qərar qəbul edilməyib. Şabran Rayon İcra Hakimiyyəti bununla bağlı müvafiq qurumlara müraciət göndərib, cavab gözlənilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv