Bu məhsullar bahalaşacaq

Bu məhsullar bahalaşacaq






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Novruz bayramına təxminən bir ay qalıb. Xalqımızın milli bayramı olan Novruzda diqqət yetirilməli əsas məqamlardan biri də süfrə tərtibatıdır. İnanca görə, süfrənin bol-nemətli olması, həmin ilin ruzi-bərəkətli keçməsinə işarədir. Süfrələrin zəngin olması isə bayram təamlarının qiymətlərindən asılı olaraq dəyişir. 

Novruz çərşənbələrinin tarixi AÇIQLANDI

presstvaz   xəbər verir ki, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov İqtisadiyyat.az-a açıqlamasında təəssüf hissi ilə deyib ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti yüksək, əhalinin alıcılıq qabiliyyəti isə aşağıdır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yanvar ayında yaydığı məlumata əsasən, dünya bazarında əsas ərzaq məhsullarının qiymətində enmənin qeydə alındığını xatırladan ekspert bildirib ki, Azərbaycanda isə əksinə olaraq ərzağın qiyməti yenidən artıb:

“Azərbaycanda, ümumiyyətlə, istənilən malın məhsulu digər malın məhsulunun qiymətinə uyğun olaraq ya artırılır, ya da saxlanılır. Bu, istehsalçılarımızın və sahibkarlarımızın həm də istehlakçı olması ilə bağlıdır. Digər malın məhsulunun qiyməti artanda onlar da malının məhsulunun qiymətini qaldırırlar ki, gəlirləri artsın və digər xərclərini qarşılaya bilsinlər”.

Ekspertin sözlərinə görə, çərəzlərin satışı ilə məşğul olan sahibkarlar bayram ərəfələrində bu məhsulların qiymətini nisbətən qaldırırlar.

V.Məhərrəmov deyir ki, çərəz və bayram süfrəsində istifadə olunan digər məhsullar qış aylarında anbarlarda saxlanılır, istehsal olunmur. Buna görə də onların qiyməti təbbi olaraq artır: “Bundan əlavə, istehsalımızda ciddi artım yoxdur və üstəlik fındıq məhsulu ixracında artım var. Bütün bunlar onu deməyə əsas verir ki, qarşıdan gələn Novruz bayramı ərəfəsində çərəz və bayram süfrəsini bəzəyən digər məhsulların qiymətində artım müşahidə olunacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv