Əsgərimizə atəş açan “Yerkrapa”ya əmri kim verir?

Əsgərimizə atəş açan “Yerkrapa”ya əmri kim verir?






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nikol Paşinyan sərhəddə gərginlik və Azərbaycanla yeni müharibə istəmirsə, ilk işi “Yerkrapa” terror təşkilatının üzvlərini sərhəddən uzaqlaşdırması və tərk-silah etməsi olmalıdır.

presstvaz  Milli.Az-a istinadən  xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın Nerkin-Hand kəndi yaxınlığındakı mövqelərdən Zəngilan istiqamətində snayper atəşi və nəticədə əsgərimizin yaralanması haqda qeyd edib.

O bildirib ki, bu təşkilat ordu komandanlığına və hökumətə tabe deyil:

“Bu təşkilata əmrləri Rusiyanın hərbi agentura şəbəkəsindən tutmuş Qarabağ klanının rəhbərləyinə qədər, müxtəlif şəxslər verir. “Yerkrapa”nın Birinci Qarabağ müharibəsindən başlayaraq Rusiya hərbi agenturasıyla əməkdaşlığının uzun tarixi var. Paşinyan bu terrorçu təşkilatı tərk-silah etməsə, sərhəddə təxribatlar səngiməyəcək və bu, Ermənistana baha başa gələcək. Rəsmi Bakının İrəvandan tələbləri sırasına “Yerkrapa” qruplaşması tərk-silah olunaraq sərhəddən uzaqlaşdırılmalıdır” şərti də əlavə olunmalıdır. Brüsselə də sualımız var: Əgər erməni snayperi Azərbaycan mövqelərinə atəş açırsa, sizin Ermənistandakı fəaliyyətinizin mənası nədir, nəyi monitorinq edirsiz?

Bunlar Azərbaycan ərazisinə durbinlə baxmaq əvəzinə həmin durbini arxa tərəfə çevirib baxmalıdırlar. Əsl təhlükə arxa tərəfdədir”.

Qeyd edək ki, DSX-nin bu gün keçirdiyi qisas əməliyyatı nəticəsində 4 erməni əsgər məhv edilib, yaralılar var. Həmçinin atəşin açıldığı döyüş mövqeyi darmadağın edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv