Maduro: Venesuelada vəziyyət ciddi nəzarət altındadır

Maduro: Venesuelada vəziyyət ciddi nəzarət altındadır






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Venesuelada vəziyyət, cinayətkar dəstələrin və terror qruplaşmalarının hazırkı dövlət başçısı Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərinin nəticələrini tanımadan situasiyanı gərginləşdirmək cəhdlərindən sonra nəzarət altındadır.

presstvaz   report.az-a istinadən xəbər verir ki, bu barədə Respublika Prezidenti İqtisadiyyat Milli Şurasının iclasında bildirib.

“Bazar, bazar ertəsi və çərşənbə axşamı günü ortaya çıxan gərginlik bu gün nəzarət altındadır və sülh, iş, rifah və istehsal təmin etmək üçün hər gün daha ciddi nəzarət ediləcək”, – Maduro deyib.

“Biz 1,2 min nəfərdən çox cinayətkarı həbs etdik və daha min nəfəri axtarırıq, onları da həbs edəcəyik”, – Prezident qeyd edib. O, vurğulayıb ki, terrorçular Texas – ABŞ, habelə Kolumbiya, Peru və Çilidə hazırlanıb: “Bu təimlərin videoları var”.

Maduro əlavə edib ki, əmrləri yerinə yetirərkən cinayətkarlar 300-dən çox polis postunu yandırıblar, çünki postlar əhalinin qorunmasını təmin edir.

O vurğulayıb ki, terrorçular “tarixdə ilk “kibernetik çevriliş” etmək üçün yanğınların videosunu çəkib yayıblar.

Prezident cinayətkarların 80 %-nin narkotik vasitələrin və alkoqolun təsiri altında olduğunu vurğulayıb.

“Biz onları bir-bir tuturuq və bağışlanmayacaqlar”, – dövlət başçısı deyib. O, 15 gündən sonra istifadəyə veriləcək iki ciddi rejimli həbsxananın hazırlandığını bildirib. “Bütün quldurlar ən sərt rejimli həbsxanalarda cəza çəkəcəklər”, – Prezident Konstitusiyaya uyğun olaraq dəstə üzvlərinin bağışlanmayacağını vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv