İstanbulda sevgilisi ilə zərgəri soymağa çalışan azərbaycanlı qadın kimdir? – TƏFƏRRÜAT

İstanbulda sevgilisi ilə zərgəri soymağa çalışan azərbaycanlı qadın kimdir? – TƏFƏRRÜAT






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İstanbulda evlənmək üçün pul tapa bilmədiklərini deyən cütlük silahla hədə-qorxu gələrək zərgəri soymağa cəhd edib.

presstvaz   musavat.com-a istinadən xəbər verir ki, qonşudakı mağaza sahibləri tərəfindən zərərsizləşdirilən şübhəlilər polisə təhvil verilib.ı

Mağazanı soymağa cəhd edənlərdən birinin azərbaycanlı olduğu məlum olub. 22 yaşlı azərbaycanlı Öznur Hüseynova və 26 yaşlı sevgilisi Enes Erdoğan mağazanı soymağa cəhd edib. Enes E. yanındakı silahı mağazadakı işçiyə doğrultaraq qızılları oğurlamağa çalışıb. Ətrafdakı mağaza sahibləri vəziyyəti görüb mağazanın içərisinə daxil olduqdan sonra onları zərərsizləşdirilib

Mağaza sahibi vəziyyəti polisə bildirdikdən sonra hadisə yerinə gələn polislər soyğunçuları polis bölməsinə aparıb. Cütlüyün polis qruplarına verdiyi ifadədə evlənmək üçün pul tapa bilmədiklərini, buna görə də zərgəri soymağa çalışdıqları öyrənilib.

Həbs edilən azərbaycanlı Öznur Hüseynovanın 2022-ci ildə motosiklet kuryeri işləyərkən keçirdiyi qəzadan sonra başına gələnləri televiziyada danışdığı da məlum olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv