Dünyanın ən çox satılan avtomobil markası oldu – Rekord satış – FOTO

Dünyanın ən çox satılan avtomobil markası oldu – Rekord satış – FOTO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Toyota Motor keçən il qlobal satışlarda liderliyini bir daha qoruyub.

presstvaz   xəbər verir ki, Toyota Motor 2023-cü il üçün avtomobil satışı və istehsal məlumatlarını paylaşıb. Açıqlamaya görə, Yaponiya şirkəti dünya üzrə 11,23 milyon avtomobil satıb.

Bu satışlar əvvəlki illə müqayisədə 7,2 faiz artaraq şirkətin ən yüksək avtomobil satışını təmsil edir.

Hibrid modellərin satışı 31,4 faiz artaraq 3,42 milyona çatdığı halda, elektriklə işləyən modellərin satışı 4 dəfədən çox artaraq 104 min 18-ə çatıb.

Avtomobil satışlarına həmçinin Toyota qrupundan mini avtomobil istehsalçısı Daihatsu və pikap istehsalçısı Hino-nun satışları da daxildir.

Rəsmi Kyodo agentliyi Yapon şirkətinin ən böyük rəqibi olan Volkswagen AG-nin 2023-cü ildə 9,24 milyon avtomobil satdığını bildirib.

Beləliklə, Toyota Volkswagen üzərində liderliyini möhkəmləndirib və qlobal satışlardakı liderliyini dördüncü ilə daşıyıb.

Toyota Motor 2023-cü ildə qlobal avtomobil istehsalını 8,6 faiz artıraraq 11,52 milyona çatdırıb.

Toyota 2023-cü ildə Avropada böyüməsini davam etdirərək tarixinin ən yüksək satış rekorduna çatıb.

Toyota Avropa, 2022-ci ilə nisbətən 9 faiz artımla cəmi 1 milyon 173 min 419 ədəd satış əldə edib.

Ardıcıl üç ildir Avropanın ən çox seçilən ikinci avtomobil markası olma uğurunu əldə edən Toyota, 2023-cü ildə də yüzdə 6,7 bazar payı ilə böyüməsini davam etdirib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv