SEPAH-dan SƏRT BƏYANAT: “Müharibənin nə vaxt bitəcəyinə biz qərar verəcəyik”

SEPAH-dan SƏRT BƏYANAT: “Müharibənin nə vaxt bitəcəyinə biz qərar verəcəyik”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranla müharibənin sona çatdığına dair iddialarını rədd edib.

presstvaz xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi təşkilatın rəsmi sözçüsü Sərdar Nainiyə istinadən məlumat yayıb. O, Trampın açıqlamalarını “absurd və yalan”, özünü isə “cinayətkar” adlandırıb. Sözçü deyib ki, Tehranın mövcud münaqişənin miqyasını daha böyütmək üçün əlləri bağlı deyil.

“Təhlükəsizlik ya hər kəs, ya da heç kim üçün olacaq. Müharibənin nə vaxt bitəcəyinə isə yalnız biz qərar verə bilərik”, – deyə agentliyin sözçüsü vurğulayıb. Naini həmçinin əlavə edib ki, İran silahlı qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin, o cümlədən təyyarədaşıyan “Gerald R. Ford”un Hörmüz sularına gəlməsini gözləyir.

Bundan başqa İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf da məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, İran xalqına qarşı təkrar hərbi əməliyyatların qarşısını almaq üçün düşmənə dərs verməyincə, atəşkəsə razılıq verməyəcəklər.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrandakı müharibənin praktiki olaraq bitdiyini bəyan etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv