İran Netanyahunu öldürdü?

İran Netanyahunu öldürdü?






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaxın Şərq regionunda münaqişələrin şiddətləndiyi bir vaxtda mətbuatda İsrailin Baş naziri Benyamin Netanyahunun həlak olması və ya xəsarət alması ilə bağlı iddialar yayılıb.

presstvaz xəbər verir ki, İranın “Tasnim” xəbər agentliyi tərəfindən müxtəlif şayiələr dövriyyəyə buraxılsa da, “The Jerusalem Post” bu iddiaları sübut edəcək hər hansı bir faktın olmadığını qeyd edib.

İran mediası öz xəbərini hökumət başçısının yeni kadrlarının yayılmaması, mühafizə tədbirlərinin artırılması, planlaşdırılan səfərlərin ləğvi və Fransa Prezidenti Makronla aparılan danışıqlarla əsaslandırmağa çalışıb.

Eyni zamanda, ABŞ ordusunun sabiq zabiti Skott Ritterin sözlərinə də istinad edilib, lakin rəsmi səviyyədə heç bir fakt təsdiqlənməyib.

Rəsmi qurumların məlumatlarına əsasən, Benyamin Netanyahunun səhhətində heç bir problem yoxdur, o, martın 6-da Beer-Şeva şəhərinə səfər edib və Makronla telefonla danışıb.

“Xinhua” agentliyi də bölgədə hər hansı raket hücumu izlərinin qeydə alınmadığını açıqlayıb.

“The Jerusalem Post” qəzeti diqqətə çatdırır ki, hərbi əməliyyatlar dövründə verilən natamam məlumatlar, adətən, müxtəlif sui-qəsd nəzəriyyələrinin yaranmasına rəvac verir, ancaq mötəbər informasiya mənbələri Netanyahunun həyatını itirməsi və ya xəsarət alması barədə şayiələri qətiyyən təsdiq etmir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv