Stomatoloqa müraciət edən qadın sağlam dişlərini də itirib? – VİDEO

Stomatoloqa müraciət edən qadın sağlam dişlərini də itirib? – VİDEO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-yə müraciət edən şikayətçi Sevil Mustafayeva iddia edib ki, sadə diş problemi ilə stomatoloqa müraciət etsə də, nəticədə sağlam dişləri və çənə siniri zədələnib.

Onun sözlərinə görə, həkim düzgün diaqnoz qoymayıb və aparılan müdaxilə ciddi fəsadlara səbəb olub.

Zərərçəkən bildirib ki, hadisə Bakı şəhərində yerləşən “Arash Estetic” klinikasında baş verib və müalicəni həkim Sənan Xankişiyev həyata keçirib. Vətəndaşın sözlərinə görə, qoyulan implantlar çənə sinirinə zərər verib.

“Qoyduğu implantlar sinirimi zədələyib. Məhkəmə-tibbi ekspertizası qərəzli rəy verir. Sənan Xankişiyev mənə saxtalaşdırılmış diaqnozlu, köhnə tarixli sənəd təqdim edərək özünü müdafiə etməyə çalışır. Halbuki əlimdə klinikaya müraciət etdiyim tarix var. Mənə guya çənə çürüməsi diaqnozu qoyulub. Amma digər həkimlər köhnə disklərimi görmədən belə həmin problemlərin məndə olmadığını təsdiqləyirlər. Hazırda sinirlərimi hiss etmirəm, çeynəmə prosesim demək olar ki, yoxdur. Sağlam dişlərimi çıxarıb məhv ediblər. Bu prosesə təxminən 13 min manat xərcləmişəm, onun yarısını kart vasitəsilə ödəmişəm. Sənan Xankişiyev isə ümumiyyətlə gördüyü işlə bağlı maraqlanmır, mənim nə vəziyyətdə olduğumu soruşmur və heç bir bərpa tədbiri görmür”, – deyə şikayətçi bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv