Nyu-York merinin iqamətgahı yaxınlığında iğtişaşlar: Saxlanılanlar var

Nyu-York merinin iqamətgahı yaxınlığında iğtişaşlar: Saxlanılanlar var






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Nyu-York şəhərinin polisi merin iqamətgahının yaxınlığında baş verən etiraz aksiyaları və iğtişaşlar zamanı altı nəfəri saxlayıb.

presstvaz TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə şəhər polisinin komissarı Cessika Tiş məlumat verib.

Onun sözlərinə görə, merin evinin yaxınlığında iki ayrı etiraz aksiyası keçirilib. Onlardan biri “ifrat sağçı təxribatçı” kimi təqdim olunan Ceyk Lanq ilə əlaqəli şəxslər tərəfindən təşkil edilib və aksiya “Nyu-Yorkun İslam tərəfindən ələ keçirilməsinə imkan verməyəcəyik” şüarı ilə keçirilib. Polisin məlumatına görə, bu aksiyada təxminən 20 nəfər iştirak edib.

Digər aksiya isə “Nasistlər, Nyu-Yorkdan çıxın” şüarı ilə keçirilən əks-etiraz olub və burada təxminən 125 nəfər iştirak edib.

İki qrup arasında toqquşma baş verib. Polis ümumilikdə altı nəfəri saxlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv