Litva Azərbaycan ərazisinə qarşı dron hücumlarından dərin narahatdır

Litva Azərbaycan ərazisinə qarşı dron hücumlarından dərin narahatdır






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Litva Respublikasının xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

presstvaz xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusu olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.

Litva naziri Azərbaycan Respublikasının ərazisinə qarşı dron hücumlarını pisləyib, bunun dərin narahatlıq doğurduğunu, ölkəmizlə həmrəy olduğunu bildirib. Bu kimi hücumların regionda gərginliyin daha da artmasına xidmət etdiyi vurğulanıb.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, oxu.az. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv