Nəriman üçün icazə alındı: ABŞ-yə gedir

Nəriman üçün icazə alındı: ABŞ-yə gedir






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Kolambus Kryu” klubu ilə anlaşan Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb.

presstvaz “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə forvardın meneceri Tural Əsgərov məlumat verib.

O bildirib ki, futbolçunun vizası alınandan sonra isə o, ABŞ-yə yollanacaq: “Bu gün vizanı almalı idik, amma qaldı. Növbəti həftənin əvvəli yəqin ki, vizasını alıb ABŞ-yə gedəcək. Təxminən martın 10-11-i o, “Kolambus Kryu”nun düşərgəsinə yollanacaq”.

Xatırladaq ki, “Kolambus Kryu” “Qarabağ”ın sabiq futbolçusuyla 3.5 illik müqavilə imzalayıb. Razılaşma fevralın 10-da baş tutsa da, işçi vizasının alınmasının yubanması Nərimanın ABŞ-yə getməyini təxirə salmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv