BƏƏ-dən Tehrana qarşı sərt addım: İranın milyardlarla dollarlıq aktivləri dondurulur

BƏƏ-dən Tehrana qarşı sərt addım: İranın milyardlarla dollarlıq aktivləri dondurulur






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana qarşı tədbir olaraq İslam Respublikasının milyardlarla dollarlıq aktivlərini dondurmağı düşünür”.

presstvaz-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” özəl mənbələrə istinadən məlumat yayıb.

“BƏƏ Fars körfəzi dövlətində saxlanılan milyardlarla dollarlıq İran aktivlərini dondurmağı düşünür. Bu addım Tehranın ən vacib iqtisadi yollarından birini bağlaya bilər”, – deyə nəşr bildirib.

Xəbərdə qeyd edilir ki, əgər belə bir qərar verilərsə, Tehran xarici valyutaya və qlobal ticarət şəbəkələrinə çıxışda ciddi məhdudiyyətlərlə üzləşəcək.

Xatırladaq ki, martın 5-də İran Dubayda bir qülləyə, Əbu-Dabi hava limanı yaxınlığında isə ABŞ hərbi qərargahına dron hücumları həyata keçirib. “Qüds” nəşrinin məlumatına görə, BƏƏ Müdafiə Nazirliyi Dubay və Əbu-Dabi səmasında hava hücumundan müdafiə sistemlərinin aktiv olduğunu və partlayış səslərinin eşidildiyini təsdiqləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv