Günəşdə nəhəng plazma atılması qeydə alındı: Yer üçün təhlükə var?

Günəşdə nəhəng plazma atılması qeydə alındı: Yer üçün təhlükə var?






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Günəş səthindən irimiqyaslı günəş protuberansı ayrılıb. Bu plazma kütləsinin şimal qütbü istiqamətində hərəkət etdiyi müəyyən edilib.

presstvaz xəbər verir ki, hadisə ilə bağlı məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası rəsmi “Telegram” kanalı vasitəsilə yayıb.

Bildirilib ki, Günəş ətrafında formalaşan bu plazma strukturunun ölçüsü təxminən bir milyon kilometrdir. Qeyd olunub ki, iri protuberanslar kosmik hava şəraitinin ən riskli elementlərindən hesab edilsə də, onların Yerə birbaşa təsiri nadir hallarda müşahidə olunur.

Məlumata görə, müşahidə zamanı obyekt Günəşdən planetlərin orbit müstəvisinə perpendikulyar – demək olar ki, şaquli istiqamətdə yuxarı doğru hərəkət edib.

Laboratoriya nümayəndələri oxşar hadisənin sonuncu dəfə 2025-ci ilin noyabrında qeydə alındığını xatırladıblar. Mütəxəssislər bildiriblər ki, hazırkı trayektoriya nəzərə alınarsa, bu hadisə Yer üçün heç bir təhlükə yaratmır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv