Xalq artistinin yarım milyon kommunal borcu VAR

Xalq artistinin yarım milyon kommunal borcu VAR






presstv

"Presstv"az #Avto, #Kommunal xidmət, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Xalq artisti Filipp Kirkorovun paytaxtdakı daşınmaz əmlakları ilə bağlı borc məsələsi gündəmə gəlib.

presstvaz xəbər verir ki, müğənninin kommunal xidmətlər üzrə ümumi borcu yarım milyon rubldan çoxdur.

“SHOT” teleqram kanalının yaydığı xəbərdə bildirilir ki, sənətçi ötən ildən bəri Moskvada yerləşən bahalı mənzillərinə görə ödənişləri vaxtında etməyib. Onun paytaxtın mərkəzində ümumi dəyəri 1,3 milyard rublu keçən səkkiz mənzilə sahib olduğu qeyd olunur.

Əmlakların üçü Arbat ətrafında, Filippovski dalanında yerləşir və ümumi dəyəri 1,15 milyard rubl təşkil edir. Buraya sahəsi 537 kvadratmetr olan və 650 milyon rubl qiymətləndirilən penthaus, eləcə də birinci mərtəbədə yerləşən, sahələri 209 və 190 kvadratmetr olan iki bitişik mənzil daxildir. Həmin ünvanda sənətçiyə məxsus ümumi dəyəri 20 milyon rubl olan iki avtomobil dayanacağı yeri də var. Bu obyektlər üzrə yığılan kommunal borcun 456 min rubl olduğu bildirilir.

Müğənninin daha beş mənzili isə paytaxtın Taqanski rayonunda, Zemlyanoy Val küçəsində yerləşir. Ümumi dəyəri 180 milyon rubl olan bu əmlakların bir hissəsi birləşdirilərək daha geniş mənzillərə çevrilib. Həmin ünvan üzrə kommunal xidmətlərə görə 65 min rubl borc formalaşıb.

Beləliklə, lüks daşınmaz əmlaklara sahib olan sənətçinin ümumi kommunal borcu 500 min rubldan artıq məbləğə çatıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv