Minlərlə "Opel" geri çağırılır

Minlərlə "Opel" geri çağırılır






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alman avtomobil istehsalçısı Opel Yaponiyanın Takata şirkətinin istehsal etdiyi təhlükəsizlik yastıqları ilə bağlı genişmiqyaslı geri çağırış kampaniyasına start verib.

presstvaz xəbər verir ki, məlumata görə, yüksək temperatur və rütubətli iqlim şəraitində hava yastığının qaz generatorunda nasazlıq yarana bilər. Bu isə qəza zamanı sistemin düzgün işləməməsinə, hətta ciddi xəsarət və ölüm riskinə səbəb ola bilər.

Geri çağırış 2003-2018-ci illər arasında istehsal edilmiş səkkiz modeli əhatə edir.

Siyahıya aşağıdakı avtomobillər daxildir:

Opel Astra

Opel Astra 10

Opel Cascada

Opel Meriva

Opel Mokka

Opel Vectra

Opel Signum

Opel Zafira

Şirkət avtomobil sahiblərinə rəsmi diler mərkəzlərinə müraciət edərək təhlükəsizlik yastıqlarının yoxlanılması və zərurət yaranarsa dəyişdirilməsi tövsiyə olunur. Bildirilir ki, texniki müdaxilə pulsuz həyata keçiriləcək.

Qeyd edək ki, “Takata” istehsalı hava yastıqları ilə bağlı problem son illərdə dünya üzrə bir çox avtomobil markasında oxşar geri çağırışlara səbəb olub.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv