Anasının qətlinə kömək edən gəncə HÖKM OXUNDU

Anasının qətlinə kömək edən gəncə HÖKM OXUNDU






presstv

"Presstv"az #Ağcabədi, #Audi, #Cinayət işi, #Hadisə, #Hakim, #Lənkəran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Anasının qətlinə kömək etməkdə təqsirləndirilən Kamil Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

presstvaz APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan olunan hökmlə K.Bağırova Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunması) tətbiq edilməklə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Hadisə 2024-cü ilin dekabr ayında Ağcabədidə baş verib. İttihama görə, 1982-ci il təvəllüdlü Afət Əsgərova kürəkəni, 1995-ci il təvəllüdlü Loğman Nəsibov tərəfindən qətlə yetirilib. Qadının oğlu – 2008-ci il təvəllüdlü K.Bağırov isə yeznəsi L.Nəsibova qətlin törədilməsində kömək edib.

Təqsirləndirilən Kamil Bağırova istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 32.5 120.2.4-cü maddələri ilə ittiham irəli sürülsə də, məhkəmə istintaqı zamanı əməl 32.5 120.1-ci maddələrinə tövsif edilib.

Qətli törətməkdə təqsirli bilinən Loğman Nəsibovun cinayət işi ayrıca icraata verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv