İRİA tərəfindən Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

İRİA tərəfindən Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib






presstv

"Presstv"az #Audi, #Biləsuvar, #Hakim, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Milli Süni İntellekt Mərkəzinin təşkilatçılığı ilə Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib. Təlimlərin əsas məqsədi dövlət qulluqçularının rəqəmsal bacarıqlarının artırılması, kibertəhlükəsizlik sahəsində biliklərinin gücləndirilməsi və müasir texnoloji alətlərdən effektiv istifadənin təşviqidir. Təlimlərdə Biləsuvar rayonunda fəaliyyət göstərən müxtəlif dövlət qurumlarını təmsil edən 40-dan çox əməkdaş iştirak edib.

Tədbirin açılışında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edib. Çıxışlarda bildirilib ki, rəqəmsal keçid yalnız texnoloji yenilənmə deyil, eyni zamanda vətəndaş və biznes subyektlərinə göstərilən xidmətlərin şəffaflığının, operativliyinin və keyfiyyətinin artırılmasına xidmət edən transformasiya prosesidir. Dövlət qurumlarında rəqəmsal inkişaf prosesinin sürətləndirilməsi, innovativ yanaşmaların tətbiqi və informasiya təhlükəsizliyinin gücləndirilməsi prioritet istiqamətlər kimi dəyərləndirilib.

Keçirilən təlimdə rəqəmsal savadlılığın əsas komponentləri, müasir iş mühitində tətbiq olunan rəqəmsal alətlər və onların təhlükəsiz istifadəsi qaydaları barədə geniş məlumat təqdim edilib və praktiki tövsiyələr verilib. Eyni zamanda, kibertəhlükəsizlik və məlumatların mühafizəsinə həsr olunmuş təlim sessiyası çərçivəsində sənədlərlə iş zamanı riayət edilməli təhlükəsizlik qaydaları, informasiya ehtiyatlarının və sistemlərinin kiber risklərdən qorunması məqsədilə tətbiq olunan alət və əsas prinsiplər iştirakçıların diqqətinə çatdırılıb.

Milli Süni İntellekt Mərkəzi tərəfindən təqdim edilən təlim çərçivəsində iştirakçılara süni intellekt alətlərinin sənəd dövriyyəsində, məlumatların təhlilində və vaxtın səmərəli idarə edilməsində tətbiq imkanları əyani şəkildə nümayiş etdirilib. Təlim zamanı süni intellektin dövlət qulluqçularının “rəqəmsal köməkçisi”nə çevrilməsi, qərarvermə prosesində analitik imkanların genişləndirilməsi və iş məhsuldarlığının artırılması yolları ətraflı müzakirə olunub.

İRİA tərəfindən ölkənin bütün regionlarında rəqəmsal inkişafın sürətləndirilməsi, dövlət qulluqçularının və vətəndaşların rəqəmsal bacarıqlarının artırılması, süni intellekt və kibertəhlükəsizlik sahəsində biliklərin genişləndirilməsi məqsədilə maarifləndirmə və təlim tədbirlərinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv