Misli Premyer Liqası: Yubiley avtoqol “Qəbələ”nin oyununa təsadüf etdi

Misli Premyer Liqası: Yubiley avtoqol “Qəbələ”nin oyununa təsadüf etdi






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Futbol, #Premyer Liqası, #Qəbələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasının XIV turundan təxirə salınan “Qəbələ” – “Turan Tovuz” matçı (0:3) avtoqolla əlamətdar olub.

presstvaz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüşdəki son qolu meydan sahiblərinin futbolçusu Seydina Keyta öz qapısına vurub.

Bu, Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol olub. 1992-ci ildən keçirilən yarışlarda Seydinaya qədər 249 belə hal yaşanmışdı.

İlk avtoqol 1992-ci il mayın 16-da qeydə alınıb. Kürdəmir “Şirvan”ının futbolçusu Vahid Mahmudov “Kürmük”lə səfər görüşündə (0:6) “fərqlənib”.

İndiyədək 44 komanda öz qapısına qol vurub. 40 komanda rəqib qoluna sevinib. Keyta avtoqol müəllifi olan 207-ci futbolçudur.

Qeyd edək ki, 2022/2023 mövsümündə daha çox – 18 avtoqol olub. 1993/1994 mövsümündə belə qol qeydə alınmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv