Tramp qətlə yetirilən ukraynalı qaçqın qızın anasına ədalət vəd etdi

Tramp qətlə yetirilən ukraynalı qaçqın qızın anasına ədalət vəd etdi






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Donald Tramp, #Müharibə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Konqresdə illik çıxışında Şimali Karolina ştatında qətlə yetirilən ukraynalı qaçqın İrina Zarutskayanın hekayəsini xatırladıb.

presstvaz xəbər verir ki, bu barədə Ağ Evin “X” hesabında məlumat yayılıb.

ABŞ prezidenti çıxışı zamanı zalda mərhumun anası Anna Zarutskayaya müraciət edib.

“Hazırda zalda 2022-ci ildə müharibədən qaçaraq gələn Anna Zarutskaya da iştirak edir. O, gözəl qızı İrina ilə birlikdə yeni həyata başlamaq arzusunda idi. Lakin keçən yay 23 yaşlı İrina evə gedərkən bir cani tərəfindən qətlə yetirilib. O, müharibədən qaçdı və cinayətkar tərəfindən öldürüldü. Xanım Zarutskaya, bu gün gözəl qızınız İrina üçün ədalət vəd edirəm” – deyə, Tramp bildirib.

Xatırladaq ki, 2025-ci ilin avqustunda Şimali Karolinanın Şarlotta şəhərində Zarutskaya qatarda gedərkən hücuma məruz qalıb. Polis əvvəllər dəfələrlə həbs olunmuş cani Dekarlos Braunu saxlayıb. Tramp isə onun edamını tələb etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv