“Laser Beauty Clinic”lə bağlı şok açıqlama – Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş

“Laser Beauty Clinic”lə bağlı şok açıqlama – Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş






presstv

"Presstv"az #Audi, #Həkim, #Səhiyyə Nazirliyi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Daha əvvəl barəsində qanunsuz tibbi fəaliyyətlə məşğul olması ilə bağlı məlumatlar yayılan “kosmetoloq” Nigar Rüfət hələ də “Laser Beauty Clinic”də işini davam etdirir.

presstvaz “Unikal”a istinadla xəbər verir ki, fevralın 20-də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən “Laser Beauty Clinic”də yoxlama keçirilib.

Analitik Ekspertiza Mərkəzindən sorğuya cavab olaraq bildirib ki, “LB CLINIC” MMC-yə məxsus “Laser Beauty Clinic” özəl tibb müəssisəsində çalışan Nigar Rüfət adlı şəxsin fəaliyyəti ilə bağlı 20 fevral 2026-cı il tarixində Analitik Ekspertiza Mərkəzinin rəhbərliyinin qərarı əsasında plandankənar yoxlama zamanı aşkar edilən faktlar qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilib və aidiyyəti üzrə inzibati icraat çərçivəsində baxılması üçün təqdim edilib:

“Nigar Rüfət qızı ali tibb təhsillidir və bu barədə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş diplomun surəti yoxlamaya təqdim edilib. Onun bu günə olan təhsili həkim-kosmetoloq kimi çalışmasına imkan vermir”.

Əlavə edilib ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən səhiyyə sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti mütəmadi qaydada həyata keçirilir və aşkar olunan qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv