Robot süpürgə ilə oyun oynamaq istədi, dünyanı "ələ keçirdi": 24 ölkədən 7 min kamera sızdı

Robot süpürgə ilə oyun oynamaq istədi, dünyanı "ələ keçirdi": 24 ölkədən 7 min kamera sızdı






presstv

"Presstv"az #Avto, #Çin, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinin pilotsuz uçuş aparatları (dron) nəhəngi DJI tərəfindən istehsal olunan robot süpürgənin proqram təminatı ilə maraqlanan bir mühəndis sistemdəki boşluq ucbatından minlərlə insanın evini canlı izləmək imkanı qazanıb.

presstvaz xəbər verir ki, proqram mühəndisi Semmi Azdufal yeni aldığı robot süpürgəni oyun pultu (joystick) ilə idarə etmək üçün xüsusi proqram hazırlayarkən şirkətin serverlərində ciddi bir “icazə boşluğu” olduğunu müəyyən edib.

Mühəndis aşkar edib ki, onun öz cihazı üçün aldığı rəqəmsal giriş açarı digər 7 min istifadəçinin də məlumatlarına yol açır. O, 24 fərqli ölkədən olan insanların evlərindəki süpürgələrin kameralarına və mikrofonlarına qoşula bilib.

Sızan məlumatlar arasında real vaxtlı video və səs yazıları, evlərin daxili xəritələri (qat planları), cihazların seriya nömrələri və istifadəçilərin IP ünvanları vasitəsilə təxmini yer koordinatları olub.

DJI şirkəti hadisəni təsdiqləyərək serverlərdəki doğrulama probleminin artıq həll edildiyini bildirib. Fevralın əvvəlində edilən iki avtomatik yeniləmə ilə bu boşluq həll olunub və istifadəçilərin əlavə bir iş görməsinə ehtiyac qalmayıb.



Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv