İran Çindən gəmi əleyhinə səsdən sürətli raketlər alacaq

İran Çindən gəmi əleyhinə səsdən sürətli raketlər alacaq






presstv

"Presstv"az #ABŞ, #Audi, #Çin, #Gəmi, #İran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran Çin ilə CM-302 gəmi əleyhinə qanadlı raketlərin alınmasına dair saziş bağlamağa yaxındır.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki ölkə arasındakı danışıqlardan xəbərdar olan altı mənbəyə istinadən məlumat yayıb.

Təxminən 290 km mənzilə malik raketlər aşağı hündürlükdə uçuş və yüksək sürət hesabına gəmilərin müdafiə sistemlərini yarmaq üçün nəzərdə tutulub. Ekspertlərin fikrincə, onların yerləşdirilməsi İranın zərbə imkanlarını gücləndirəcək və regiondakı ABŞ Hərbi Dəniz Qüvvələri üçün əlavə risklər yaradacaq.

“İranın müttəfiqləri ilə hərbi və təhlükəsizlik sahəsində sazişləri, razılaşmaları var və indi onlardan yararlanmaq üçün uyğun vaxtdır”, – deyə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi agentliyə bildirib.

Çin Xarici İşlər Nazirliyi “Reuters”ə bildirib ki, danışıqlar barədə məlumata malik deyil. Çin Müdafiə Nazirliyi də həmçinin şərh verməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv