Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşma baş verib

Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşma baş verib






presstv

"Presstv"az #Audi, #Əfqanıstan, #Hakim, #Pakistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib.

presstvaz xəbər verir ki, bu barədə Əfqanıstanın “Tolo News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Sərhədçilər arasında qarşıdurma Nanqarhar əyalətinin Nazyan rayonunda, Dürand xətti yaxınlığında qeydə alınıb. “Sinxua” agentliyinin məlumatına görə, hazırda sərhəddə vəziyyət sabitləşib. Xəsarət alanlar barədə isə məlumat verilməyib.

Fevralın 22-də Pakistanın İnformasiya Nazirliyi ölkə hərbçilərinin “Təhrik-i-Taliban Pakistan” və “İslam Dövləti – Xorasan vilayəti” qruplaşmalarının Əfqanıstandakı mövqelərinə zərbələr endirdiyini açıqlayıb. Bildirilib ki, əməliyyat Pakistanda baş vermiş son terror aktlarına, o cümlədən İslamabaddakı məsciddə törədilən partlayışa cavab olaraq həyata keçirilib.

Əfqanıstan hakimiyyəti isə Pakistanın hücumu nəticəsində onlarla mülki şəxsin öldüyünü iddia edərək bunu “təxribat aktı” adlandırıb və ərazi bütövlüyünün pozulmasına cavab vermək hüququnu özündə saxladığını bəyan edib.

Qeyd edək ki, Dürand xətti üzrə sərhəd mübahisəsi 1893-cü ildən davam edir və tərəflər arasında dəfələrlə silahlı insidentlərə səbəb olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv