Zelenski sığındığı bunkeri göstərdi: Bayden yeraltı kabinetdə ona nə deyib? – FOTO/VİDEO

Zelenski sığındığı bunkeri göstərdi: Bayden yeraltı kabinetdə ona nə deyib? – FOTO/VİDEO






presstv

"Presstv"az #ABŞ, #Audi, #Co Bayden, #Kiyev, #Müharibə, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə olaraq Kiyevin Bankova küçəsində yerləşən ofis binasının altındakı bunkeri və oradakı iş otağını nümayiş etdirib.

presstvaz-ın xəbərinə görə, bu barədə Zelenski öz “Telegram” kanalında paylaşım edib.

Rusiya ilə müharibənin başlamasının dördüncü ildönümü ilə əlaqədar müraciətində Zelenski savaşın ilk aylarını keçirdiyi bunkerin videogörüntülərini təqdim edib.

“Müharibənin əvvəlində dünya liderləri ilə ilk söhbətlər bu kabinetdə – bunkerdəki kiçik otaqda olub. Burada mən ABŞ prezidenti Co Baydenlə danışdım. Məhz burada ondan bu sözləri eşitdim: “Volodimir, təhlükə var, siz dərhal Ukraynanı tərk etməlisiz. Biz buna kömək etməyə hazırıq”. Ona cavabımda dedim ki, mənə silah lazımdır, taksi yox”, – deyə Ukrayna lideri bildirib.

Volodimir Zelenski daha sonra qeyd edib:

“Bu gün Putinin Kiyevə “üçgünlük hücumu”nun başlamasından düz dörd il keçir. Və bu, bizim müqavimətimiz, Ukraynanın bütün bu müddət ərzində necə mübarizə aparması ilə bağlı çox şey deyir. Bu sözlərin arxasında milyonlarla insanımız, böyük cəsarət, inanılmaz zəhmət, dözümlülük və Ukraynanın 2022-ci il 24 fevraldan bəri keçdiyi uzun yol dayanır.

İşğalın başlanğıcına nəzər saldıqda və bu gün haqqında düşündükdə, tam şəkildə bunu demək haqqımız var ki, biz öz müstəqilliyimizi müdafiə etdik, dövlətçiliyimizi itirmədik. Biz Ukraynanı mühafizə etdik. Sülh və ədaləti təmin etmək üçün hər şeyi edəcəyik. Ukraynaya eşq olsun!”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv