Misli Premyer Liqası: “Turan Tovuz” “Qəbələ” üzərində inamlı qələbə qazanıb

Misli Premyer Liqası: “Turan Tovuz” “Qəbələ” üzərində inamlı qələbə qazanıb






presstv

"Presstv"az #Audi, #Futbol, #Hakim, #İlham Əliyev, #Premyer Liqası, #Qatı duman, #Qəbələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Turan Tovuz” klubu Misli Premyer Liqası çərçivəsində XIV turun təxirə salınmış matçında qələbə sevinci yaşayıb.

presstvaz-ın məlumatına görə, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda səfər matçında “Qəbələ”nin qonağı olub.

Qəbələ şəhər stadionunda baş tutan oyun qonaq komandanın 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Tovuz klubunun heyətində 9-cu dəqiqədə Alexandro Serrano, 18-ci dəqiqədə isə Filip Ozobiç fərqlənib, 47-ci dəqiqədə isə Seydina Keyta öz qapısına qol vurub.

Bu qələbə sayəsində xal ehtiyatını 40-a yüksəldən “Turan Tovuz” turnir cədvəlinin üçüncü pilləsindəki yerini daha da möhkəmlədib. “Qəbələ” isə 15 xalla 10-cu yerdə qərarlaşıb.

Bu gün Misli Premyer Liqasının XIV turundan təxirə salınmış oyun baş tutacaq.

presstvaz xəbər verir ki, “Qəbələ” öz meydanında “Turan Tovuz”u qəbul edəcək.

Xatırladaq ki, ötən il dekabrın 8-də oynanılan “Qəbələ” – “Turan Tovuz” matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. Peşəkar Futbol Liqasının qərarına əsasən, qarşılaşma yeni oyun kimi keçiriləcək.

Qeyd edək ki, hazırda Tovuz klubu 37 xalla üçüncü, Qəbələ təmsilçisi isə 15 xalla onuncu pillədə qərarlaşıb.

24 fevral

15:00. “Qəbələ” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: İlham Əliyev

Qəbələ şəhər stadionu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv