Zelenski Trampın “böyük imzalanma mərasimi” planından danışdı

Zelenski Trampın “böyük imzalanma mərasimi” planından danışdı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Donald Tramp, #Kiyev, #Münaqişə, #Rusiya, #Ukrayna, #Vaşinqton, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ Prezidenti Donald Tramp istəyir ki, Ukraynada münaqişənin nizamlanması üzrə bütün potensial sazişlər eyni vaxtda, ehtimal ki, mərasimin gedişatı zamanı imzalansın”.

presstvaz-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tramp Rusiya və Ukraynanın münaqişənin başa çatdığını göstərən böyük mərasimdə sülh sazişi imzaladıqlarını, Kiyev, Vaşinqton və Avropa paytaxtlarının da elə bu tədbirdə təhlükəsizlik zəmanətləri ilə bağlı saziş imzaladıqlarını xəyal edir. Lakin Zelenski bu ssenariyə qarşı çıxır. O hesab edir ki, təhlükəsizlik zəmanətləri əvvəlcə ABŞ Konqresi tərəfindən razılaşdırılmalı və təsdiqlənməlidir.

“Kağız üzərində bizim, demək olar ki, hər şeyimiz var. Lakin (Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd) hələ imzalanmayıb. ABŞ tərəfindən imzalanmayıb”, – deyə Volodimir Zelenski qeyd edib.

Səbəbi soruşulduqda o ehtimal edib ki, ABŞ 20 maddəlik (nizamlama üzrə) planla eyni vaxtda təhlükəsizlik zəmanətlərini imzalamaq istəyir.

Xatırladaq ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə baş tutub. Danışıqlar birinci gün təxminən altı saat, ikinci gün isə iki saat davam edib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqları çətin, lakin işgüzar adlandırıb. Onun sözlərinə görə, yaxın zamanda nizamlama üzrə yeni görüş keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv