WUF13 çərçivəsində yaşıl enerji təminatı üzrə “AzərEnerji” ilə memorandum imzalanıb

WUF13 çərçivəsində yaşıl enerji təminatı üzrə “AzərEnerji” ilə memorandum imzalanıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərenerji, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

presstvaz xəbər verir ki, memorandumu “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov imzalayıblar.

Sənədin imzalanmasında əsas məqsəd WUF13 müddətində tədbir məkanının yaşıl enerji ilə təmin olunmasıdır. Bu təşəbbüs tədbirin karbon idarəetməsi və emissiyaların azaldılması üzrə öhdəliklərinin praktik müstəvidə həyata keçirilməsinə xidmət edəcək, eyni zamanda, tədbirin enerji istehlakından yaranan ekoloji təsirin minimuma endirilməsinə imkan yaradacaq.

WUF13 çərçivəsində tətbiq olunacaq aşağı karbonlu enerji həlləri irimiqyaslı beynəlxalq tədbirlərin daha ekoloji və dayanıqlı model əsasında təşkilinin mümkünlüyünü nümayiş etdirir. Bununla yanaşı, bu əməkdaşlıq dayanıqlı tədbir idarəçiliyinin milli enerji infrastrukturu ilə səmərəli inteqrasiyasının real və uğurlu nümunəsi kimi çıxış edir.

17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) dayanıqlı şəhərsalma və resursların səmərəli istifadəsi üzrə aparıcı beynəlxalq platformalardan biri olmaqla, innovativ yanaşmaların və praktik həllərin nümayişi üçün mühüm imkan yaradır. Bu çərçivədə yaşıl enerji həllərinin tətbiqi tədbirin dayanıqlı təşkili prinsiplərinə uyğun olaraq ekoloji məsuliyyətli yanaşmanı təşviq edir.

Bu əməkdaşlıq Azərbaycanın yaşıl enerji və dayanıqlı inkişaf sahəsində strateji prioritetlərinə sadiqliyini bir daha təsdiqləyir və ölkənin beynəlxalq tədbirlərin ekoloji cəhətdən məsuliyyətli təşkili istiqamətində artan rolunu və liderliyini daha da möhkəmləndirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv