Zelenski və Putin eyni masada: Tarixi görüş üçün gerisayım başladı – Güzəşt olacaq?

Zelenski və Putin eyni masada: Tarixi görüş üçün gerisayım başladı – Güzəşt olacaq?






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Hadisə, #Kiyev, #Müharibə, #Münaqişə, #Rusiya, #Ukrayna, #Vaşinqton, #Vladimir Putin, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun bəyanatı – yəni növbəti üç həftə ərzində Ukrayna lideri Volodimir Zelenski ilə onun rusiyalı həmkarı Vladimir Putin arasında görüşün mümkünlüyü və hətta Donald Trampın danışıqlarda iştirakı ehtimalı qlobal siyasətdə yeni mərhələnin anonsu kimi qiymətləndirilə bilər”.

presstvaz  Oxu.az-a istinadən bildirir ki,   bu fikirləri  deputat Elçin Mirzəbəyli Putin və Zelenskinin mümkün görüşünü şərh edərkən deyib.

O bildirib ki, müharibənin başlanmasından bu yana tərəflər arasında birbaşa və bu səviyyədə təmasın baş tutmaması nəzərə alınsa, sözügedən görüşün keçirilməsi artıq ciddi siyasi hadisə ola bilər:

Zelenski və Putin eyni masada: Tarixi görüş üçün gerisayım başladı - Güzəşt olacaq?

“Əgər Tramp həqiqətən prosesə birbaşa qoşularsa, bu, danışıqların sırf texniki deyil, konkret siyasi nəticəyə hədəfləndiyini göstərə bilər. ABŞ prezidentinin iştirakı beynəlxalq zəmanət, həm də təzyiq mexanizminin işə salınması deməkdir. Trampın siyasi üslubunu nəzərə alsaq, o, prosesi nəticəyə hesablanmış diplomatiya formatında təqdim etməyə çalışa bilər. Lakin burada əsas sual ondan ibarətdir ki, bu müddət ərzində tərəflərin mövqeləri nə dərəcədə yaxınlaşıb? Görünən budur ki, hazırkı mərhələdə Moskva ilə Kiyev arasında fundamental fikir ayrılıqları qalmaqdadır. Ərazi bütövlüyü, təhlükəsizlik təminatları, NATO məsələsi və sanksiyalar paketi əsas ziddiyyət nöqtələridir. Görüş baş tutarsa, ən real ssenari genişmiqyaslı sülh sazişindən daha çox, mərhələli razılaşma modelidir. Məsələn, humanitar məsələlər üzrə geniş mübadilə, atəşkəs rejiminin müəyyən müddətə tətbiqi, təmas xəttində sabitləşdirmə mexanizmləri və beynəlxalq müşahidə missiyasının təşkili əsas müzakirə predmeti ola bilər”.

Parlament üzvü vurğulayıb ki, tam və yekun sülh müqaviləsi isə yalnız tərəflərdən birinin strateji geri çəkilməsi və ya qarşılıqlı ciddi kompromis fonunda mümkündür:

Zelenski və Putin eyni masada: Tarixi görüş üçün gerisayım başladı - Güzəşt olacaq?

“Hazırkı reallıqda isə bu, çətin görünür. Ukrayna rəhbərliyi indiyədək ərazi bütövlüyü prinsipindən geri çəkilməyəcəyini bəyan edib. Lakin diplomatiyada “qırmızı xətt” anlayışı bəzən taktiki elastikliklə müşayiət olunur. Mümkün güzəştlər bir neçə istiqamətdə ola bilər. Müvəqqəti olaraq müəyyən ərazilərin statusunun gələcək danışıqlara saxlanılması, NATO-ya üzvlük məsələsinin dondurulması və ya alternativ təhlükəsizlik formatına razılıq verilməsi, müharibənin “dondurulmuş münaqişə” modelinə keçirilməsi bu qəbildəndir. Ancaq burada əsas məsələ daxili legitimlikdir. Ukrayna cəmiyyəti və siyasi elitası üçün ərazi itkisi ilə bağlı istənilən qərar son dərəcə həssasdır, daxili siyasi risklər yarada bilər. Trampın danışıqlarda iştirakı isə iki istiqamətdə prosesə təsir göstərə bilər”.

Deputatın sözlərinə görə, Rusiya ilə birbaşa danışıqlar üçün əlavə siyasi platforma yarana və Ukraynaya ABŞ dəstəyinin şərtləndirilməsi mexanizmini gündəmə gətirə bilər:

“Bu isə Kiyev üçün həm imkan, həm də təzyiq aləti deməkdir. Əgər Vaşinqton sülhün əldə olunmasını prioritet elan edərsə, Ukrayna daha praqmatik yanaşmaya məcbur qala bilər. Belə bir görüş baş tutarsa, bu, müharibənin dərhal bitəcəyi anlamına gəlmir. Amma prosesin yeni mərhələyə keçidi mümkündür. Ən real nəticə mərhələli atəşkəs və danışıqların institusional çərçivəyə salınmasıdır. Ukraynanın fundamental prinsiplərindən tam geri çəkilməsi isə yaxın perspektivdə real görünmür. Daha çox ehtimal olunan variant müvəqqəti siyasi həllər və təhlükəsizlik təminatları üzərində kompromis axtarışıdır. Bütün hallarda, belə bir görüşün özü artıq hərbi müstəvidən siyasi müstəviyə keçidin siqnalı ola bilər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv