Aralıq dənizində hərbi hərəkətlilik: ABŞ-nin “üzən qalası” Yunanıstandadır – VİDEO

Aralıq dənizində hərbi hərəkətlilik: ABŞ-nin “üzən qalası” Yunanıstandadır – VİDEO






presstv

"Presstv"az #ABŞ, #Audi, #Gəmi, #İran, #təyyarə, #Yaxın Şərq, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin ən müasir aviadaşıyıcısı olan “USS Gerald R. Ford” Yunanıstanın Krit adasındakı Suda körfəzində yerləşən hərbi bazaya daxil olub.

presstvaz xəbər verir ki, bu barədə “Proto Thema” nəşri məlumat yayıb.

Gəminin fevralın 27-dək bazada qalacağı gözlənilir.

4 500 nəfərlik heyətə malik “üzən qala” yanacaq tədarükü və şəxsi heyətin istirahəti üçün limanda lövbər salıb. Bu səfər ABŞ-nin 6-cı donanmasının Aralıq dənizindəki planlı fəaliyyətinin bir hissəsidir. Kritdəki bazada hazırda “F-35” və “A-10” tipli müasir hərbi təyyarələr də yerləşdirilib.

Qeyd edək ki, “USS Gerald R. Ford” ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük və texnoloji cəhətdən ən müasir aviadaşıyıcısıdır. 2017-ci ildə istismara verilən gəmi 337 metr uzunluğa malikdir, sürəti saatda 56 kilometrdən artıqdır və 75-dən çox təyyarə daşımaq imkanına malikdir.

Yaxın Şərqdə ABŞ Silahlı Qüvvələrinin qruplaşmasını gücləndirmək üçün hərəkət edən “USS Gerald R. Ford” aviadaşıyıcısı Aralıq dənizində, Krit adası yaxınlığında müşahidə olunub.

presstvaz “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” yazır.

Aviadaşıyıcı Cəbəllütariqdən Kritə qədər 2 700 km məsafəni 72 saata, orta hesabla 39 km/saat sürətlə qət edib və müşayiət edən gəmiləri geridə qoyub. Təchizatın təmin edilməsi üçün çoxsaylı “C-17” təyyarələri Xania yaxınlığındakı aviabazada eniş edib.

Aralıq dənizində hərbi hərəkətlilik: ABŞ-nin üzən qalası Yunanıstandadır - VİDEO


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv