Narkobaron “El Menço”nun yeri sevgilisi vasitəsilə tapılıbmış

Narkobaron “El Menço”nun yeri sevgilisi vasitəsilə tapılıbmış






presstv

"Presstv"az #ABŞ, #Audi, #Hadisə, #Meksika

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Meksikanın Müdafiə Nazirliyi ölkənin ən böyük və ən nüfuzlu kartellərindən biri olan “Xalisko Yeni Nəsil” kartelinin (CJNG) rəhbəri “El Menço”ya onun sevgilisi vasitəsilə çıxış əldə edib.

presstvaz “El Debate”yə istinadən xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Rikardo Trevilya Trexo bildirib.

Hökumət orqanları həmin qadından və narkobaronun yaxın çevrəsindən olan bəzi şəxslərdən alınan məlumatlara əsaslanıblar.

T.Trexonun sözlərinə görə, Meksika və ABŞ-nin birgə kəşfiyyat fəaliyyəti nəticəsində narkobaronun hərəkət trayektoriyasını izləmək mümkün olub. Onun dediyinə əsasən, fevralın 20-də “El Menço”nun sevgilisinin yerləşdiyi məkan müəyyən edilib, növbəti gün isə həmin qadın obyekti tərk edib, lakin narkobaron mühafizəçiləri ilə birlikdə orada qalıb.

Həmin gün əməliyyatın keçirilməsinə hazırlıq başlanıb və nəticədə narkobaron zərərsizləşdirilib. “El Menço”nun saxlanılması üzrə əməliyyat fevralın 22-də baş tutub. Əməliyyat zamanı Meksikanın xüsusi təyinatlı qüvvələrinin döyüşçüləri cinayət təşkilatının üzvlərinin hücumuna məruz qalıblar. Atışma nəticəsində dörd silahlı şəxs hadisə yerində öldürülüb, daha üç nəfər, o cümlədən El Menço” ağır yaralanıb. Narkobaron Mexikoya aparılarkən yolda ölüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv