144 illik inşaatın sonu: Dünyanın ən hündür kilsəsi tamamlanır

144 illik inşaatın sonu: Dünyanın ən hündür kilsəsi tamamlanır






presstv

"Presstv"az #Ailə, #Almaniya, #Audi, #İspaniya, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur memar Antoni Qaudinin şah əsəri olan və Barselonada yerləşən Sagrada Familia (Müqəddəs Ailə) kilsəsində 1882-ci ildən bəri davam edən inşaat işlərində artıq son mərhələyə qədəm qoyulub. 144 ildir bitmək bilməyən bu möhtəşəm abidənin 2026-cı ildə tam hazır olacağı gözlənilir.

presstvaz xəbər verir ki, kilsənin mərkəzi qülləsi olan “İsa Məsih qülləsi” tamamlandıqda, tikilinin hündürlüyü 172,5 metrə çatacaq. Bununla da Sagrada Familia, Almaniyadakı Ulm kilsəsini geridə qoyaraq dünyanın ən hündür kilsəsi ünvanını alacaq.

Tikintinin 2026-cı ildə başa çatdırılması planı təsadüfi deyil; bu tarix dahi memar Antoni Qaudinin vəfatının 100-cü ildönümünə təsadüf edir.

İnşaatın bu qədər uzanmasının səbəbi layihənin yalnız könüllü ianələr hesabına maliyyələşməsi, İspaniya Vətəndaş Müharibəsi zamanı planların zərər görməsi və Qaudinin mürəkkəb həndəsi dizaynlarının texnoloji cəhətdən icrasının çətinliyi olub.

Hazırda tikinti işləri ən müasir 3D çap texnologiyaları və kompüter dizaynları vasitəsilə sürətləndirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv