Beş kiloqram qızıl məsələsi – Xalq artistinin kürəkəni ilə bağlı araşdırma aparılır

Beş kiloqram qızıl məsələsi – Xalq artistinin kürəkəni ilə bağlı araşdırma aparılır






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Dollar, #Türkiyə, #Yasamal Rayon Polis İdarəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə vətəndaşa qarşı dələduzluqda ittiham olunur.

presstvaz APA-ya istinadla xəbər verir ki, bu barədə zərərçəkmiş Elşən Mahmudbəyli sosial şəbəkə hesabında videomüraciət yayıb. O, Rüfət Qasımzadə, Boran Qasımzadə, Məmməd Məmmədzadə adlı şəxslərlə birlikdə qızıl biznesi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər ondan 50 min dollar alaraq vədlər veriblər:

“Bir müddət sonra verilən vədlərin yalan olduğu məlum olub. Rüfət Qasımzadə mənə bildirib ki, Türkiyədə hava limanında beş kiloqram qızılı gömrükdə saxlanılıb. Lakin borcu ödəyəcək. Məsələ ilə bağlı Xalq artisti Ramiz Əzizbəylinin qızları ilə də söhbət etdim. Onlar da ziyanın ödəniləcəyini desələr də, ziyan ödənilməyib”.

Beş kiloqram qızıl məsələsi - Xalq artistinin kürəkəni ilə bağlı araşdırma aparılır

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, müraciət üzrə Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır:

“Araşdırmalarla tərəflər arasında yaranan mübahisə ilə bağlı müvafiq prosessual tədbirlərin icrası təmin olunacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv