MN-in İstirahət evinin rəhbərindən İLGİNC ETİRAF: “Pulları yığıb Haqverdiyevə vermişəm”

MN-in İstirahət evinin rəhbərindən İLGİNC ETİRAF: “Pulları yığıb Haqverdiyevə vermişəm”






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Hərbi Məhkəməsi, #Cinayət işi, #Hakim, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müdafiə Nazirliyinin İstirahət evinin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

presstvaz-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

Sənədlərdə qeyd edilir ki, İ.Haqverdiyev xidməti vəzifədə olduğu dövrdə istirahət evinin müfəttiş vakansiyasına görə 2 500 manat, xadimə işinə görə 1 000 manat, əmək müqaviləsinin uzadılması üçün 800 manat, növbə dəyişdirilməsi üçün 500 manat olmaqla, ümumilikdə 4800 manat rüşvət alıb.

İttihama münasibət bildirən İ.Haqverdiyev özünü təqsirli bilməyib və ittihamları əsassız sayıb.

Prosesdə ifadə verən şahid, Haqverdiyin dövründə bölmə rəisi olan, hazırda isə İstirahət evinin rəisi vəzifəsini icra edən Muraz Həsənov bildirib ki, İ.Haqverdiyevə ağır ittihamlar səsləndirib. O bildirib ki, Haqverdiyev vəzifəyə təyin olunduqdan sonra iclas keçirərək, İstirahət evində vakansiyaların olduğunu və yeni şəxslərə ehtiyac yarandığını deyib:

“Əməkdaşımız bacısı oğlunu işə düzəltmək istədiyini dedi. Mən məsələni İlham Haqverdiyevə çatdırdım. Əmr imzalanandan sonra mənə 2 500 manat verdilər. Mən də həmin pulu İlham Haqverdiyevə verdim. Sonra sürücümüz bacısını xadimə kimi işə düzəltmək üçün 1 500 manat təklif etdi. İlham müəllimlə danışdım, razılaşdıq. Amma əmr təsdiqlənəndən sonra cəmi 1 000 manat verdilər. Həmin məbləği də aparıb İlham Haqverdiyevə təqdim etdim. Bundan başqa, əməkdaşımızın 65 yaşı tamam olduğu üçün mənə dedi ki, müqaviləsini 1 il uzatmaq istəyir.

İlham Haqverdiyevə dedim, razılaşdı. Müqavilə bir il uzadıldı və əməkdaşımızdan 800 manat alıb İlham müəllimə verdim”.

Şahid bildirib ki, digər bir əməkdaşdan gündüz növbəsindən gecə növbəsinə keçmək üçün aldığı 500 manat da İ.Haqverdiyevə verib:

“Həmin vəsaitləri İlham Haqverdiyevə çatdırdığım üçün mənə cəmi 1000 manat verib”.

Məhkəmənin növbəti prosesi martın 2-nə təyin edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində nazirliyin İstirahət evinin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və iş hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib. Ötən ilin dekabr ayında həbs müddəti daha 1 ay 20 gün uzadılıb.

Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv