ABŞ bu ölkədəki qoşunlarını çıxarır

ABŞ bu ölkədəki qoşunlarını çıxarır






presstv

"Presstv"az #ABŞ, #İran, #Suriya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın şimal-şərqindəki strateji hərbi obyektlərini tərk etməyə başlayıb.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, koalisiya qüvvələri Haseke şəhəri yaxınlığında yerləşən və bölgədəki ən böyük hərbi bazası hesab olunan "Kasrak" bazasından çıxarılır.

"The Wall Street Journal"ın məlumatına görə, Vaşinqtonun bu qərarı Suriyada qalan təxminən 1000 nəfərlik hərbi kontingentin tamamilə çıxarılması prosesinin bir hissəsidir. Qoşunların çıxarılmasının təxminən iki ay davam edəcəyi gözlənilir.

Rəsmi mənbələr bu addımın ABŞ və İran arasındakı gərginliklə əlaqəli olmadığını vurğulasa da, bölgədəki hərbi xəritə sürətlə dəyişir. Nəşr yazır ki, fevralın 15-də Suriya hökumət qüvvələri Amerika tərəfindən idarə olunan Əl-Şəddadi bazasına nəzarəti ələ keçirib.

Qeyd edək ki, Suriya Müdafiə Nazirliyi prosesin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilə koordinasiyalı şəkildə həyata keçirildiyini və Əl-Tanf bazasındakı kontingentin çıxarılmasının ardınca baş verdiyini açıqlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv