İndoneziyada yarasalarda Nipah virusuna qarşı antitellər aşkarlanıb

İndoneziyada yarasalarda Nipah virusuna qarşı antitellər aşkarlanıb






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Hindistan, #İndoneziya, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İndoneziyanın bir sıra əyalətlərində yarasalarda Nipah virusuna qarşı antitellər aşkarlanıb.

presstvaz “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyanat yayıb.

“Araşdırmalar göstərib ki, Medan, Qərbi və Şərqi Yava, eləcə də Qərbi Kalimantan əyalətlərində yarasalar arasında Nipah virusuna qarşı antitellərin yayılma səviyyəsi təxminən 18-30% təşkil edir”, – deyə nazirlikdən bildirilib.

Qurum həmçinin qeyd edib ki, İndoneziyadakı donuzlarda bu virusa qarşı antitellər tapılmayıb.

* Ekspertlər Nipah virusuna yoluxmanın simptomlarını sadalayıblar

Bundan əvvəl məlum olmuşdu ki, Nipah virusu heyvanlardan, məsələn, yarasa və donuzlardan insanlara keçə bilər. O tənəffüs sistemini zədələyir, ensefalitin inkişafına səbəb olur və vaxtında yardım göstərilmədikdə 75% hallarda ölümə gətirib çıxarır.

Yanvar ayında Nipah virusunun yayılması Hindistanın Kəlkütə şəhəri yaxınlığında qeydə alınıb. Hazırda beş nəfər bu virusa yoluxub, yüzə yaxın insan isə karantindədir. Xəstəliyin müalicəsi üçün hazırda hər hansı preparat və ya vaksin mövcud deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv