Rusiya uğursuzluğa düçar oldu, istədiyini əldə edə bilmədi

Rusiya uğursuzluğa düçar oldu, istədiyini əldə edə bilmədi






presstv

"Presstv"az #Avropa, #Kursk, #Müharibə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna ordusu “Avropanın ən böyük və ən güclü ordusu” və “təsəvvür edilən və edilməyən bütün miqyasları aşan müharibə” ilə üz-üzə qalaraq, dayanıqlığını nümayiş etdirib.

presstvaz xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Le Monde” qəzetinə müsahibəsində bildirib.

2025-ci ildən danışan Sırski qeyd edib ki, hərbi vəziyyət daha da pis ola bilərdi. Eyni zamanda o, cəbhələrdəki çətinlikləri inkar etməyib, lakin bildirib ki, Rusiyanın məqsədləri daha iddialı idi.

Baş komandan vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində cəsarətli Kursk əməliyyatını həyata keçirməsəydi, nəticələr Ukrayna üçün daha dağıdıcı ola bilərdi:

“Rusiya 2025-ci ildə genişmiqyaslı hücum əməliyyatı keçirmək üçün öz qoşunlarını hazırlamışdı”.

Sırski xatırladıb ki, Rusiya bütün Donbası, Zaporojye, Dnepropetrovsk və Xerson vilayətlərinin ərazilərini ələ keçirmək, həmçinin Xarkov və Sum vilayətlərində bufer zona yaratmaq istəyirdi, lakin uğursuzluğa düçar olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv