Rusiyanı “Avroviziya”da təmsil etmiş müğənni öldü

Rusiyanı “Avroviziya”da təmsil etmiş müğənni öldü






presstv

"Presstv"az #Audi, #Avroviziya, #Başsağlığı, #Rusiya, #Vəfat edib, #Xərçəng xəstəliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Buranovskiye babuşki” qrupunun ilkin heyətinin üzvü Zoya Sergeyevna Dorodova vəfat edib.

presstvaz-ın xəbərinə görə, bu barədə Rusiya Federasiyasının Udmurtiya Respublikasının Malopurginski rayonunun rəhbəri Aleksandr Deyev öz “VKontakte” sosial şəbəkə hesabında məlumat verib.

“Bu, mədəniyyətimiz, bizim hamımız üçün əvəzolunmaz itkidir. Onun doğmalarına, yaxınlarına və bu ağrını bölüşən hər kəsə dərin hüznlə başsağlığı verirəm”, – deyə o yazıb.

85 yaşlı Zoya Dorodova son illərdə çıxış etməyib və kənddə yaşayıb. Ölüm səbəbi xərçəng xəstəliyi olub.

Rusiyanı Avroviziyada təmsil etmiş müğənni öldü - VİDEO

Qeyd edək ki, “Buranovskiye babuşki” Malopurginski rayonunun Buranovo kəndindən olan rus xalq qrupu idi. Onlar Rusiyanı “Avroviziya-2012″də “Party for everybody” mahnısı ilə təmsil etmiş və ikinci yeri tutmuşdular. Qrupun tərkibi daha sonra dəyişib və ilkin solistlər “Babuşki iz Buranovo” kimi çıxış etməyə başlayıblar.

2024-cü ildə qrupun digər ilkin üzvü Yekaterina Şklyayeva 86 yaşında vəfat edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv