Donald Trampın adına görə üç milyard dollar xərclənəcək

Donald Trampın adına görə üç milyard dollar xərclənəcək






presstv

"Presstv"az #ABŞ, #Audi, #Beynəlxalq Hava Limanı, #Deportasiya, #Dollar, #Donald Tramp, #Kanada, #Meksika

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Florida Senatı ABŞ Prezidenti Donald Trampın Palm Biçdəki iqamətgahının yaxınlığındakı hava limanının onun şərəfinə adlandırılmasını təsdiqləyib.

presstvaz xəbər verir ki , bunu qanunverici orqanın dərc etdiyi səsvermənin nəticələri göstərib.

25 senator lehinə, 11-i əleyhinə səs verib, üçü isə bitərəf qalıb. Qanun layihəsi indi qubernator Ron DeSantis və Federal Aviasiya Administrasiyası tərəfindən təsdiqlənməlidir. Adın dəyişdirilməsinə 2.7 milyard dollar ayrılacaq. Bu vəsait lövhələr, ünvan sistemləri və digər hava limanı infrastrukturunun yenilənməsinə sərf olunacaq.

Qanun layihəsinin sponsoru, respublikaçı senator Debbi Meyfild Trampı 400 mindən çox qanunsuz immiqrantı deportasiya etdiyinə və Meksika ilə Kanadadan narkotik qaçaqmalçılığına qarşı mübarizə apardığına görə bu şərəfə layiq görüb.

Əlavə olaraq, fevralın 17-də Florida Nümayəndələr Palatası da ad dəyişikliyini təsdiqləyib, beləliklə hava limanına “Donald J. Tramp Beynəlxalq Hava Limanı” adı verilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv