İtkin şəhid Zibeydə Əhmədova Xocalıda dəfn olundu – VİDEO

İtkin şəhid Zibeydə Əhmədova Xocalıda dəfn olundu – VİDEO






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Azərbaycan, #DNT, #İşğaldan azad olunmuş ərazilər, #Məcburi köçkün, #Müharibə, #Şəhidlər xiyabanı, #Tikinti və İdarəetmə Xidməti, #Xankəndi şəhəri, #Xocalı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Uzun illər itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Bədəl qızı Əhmədovanın nəşinin qalıqları 34 ildən sonra aşkar edilib və bu gün – fevralın 20-də Xocalı şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən presstvaz-a verilən məlumata görə, 1938-ci il təvəllüdlü Zibeydə Əhmədova Xankəndi şəhərində doğulub. 1988-ci ildə Xankəndi şəhərindən məcburi köçkün düşərək Xocalı rayonunda məskunlaşıb.

O, 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı itkin düşüb. O zaman 54 yaşı olub. İşğaldan azad olunmuş ərazilərdə aparılan araşdırmalar zamanı onun meyitinin qalıqları Ağdərə rayonu ərazisində aşkar edilib. Müvafiq dövlət qurumları tərəfindən aparılan genetik ekspertiza və identifikasiya prosesindən sonra qalıqlar ailəsinə təhvil verilib.

Qeyd edilib ki, şəhid Zibeydə Əhmədovanın dəfn mərasimində Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər sakinləri və şəhidin yaxınları iştirak ediblər. Şəhidin tabutuna bükülən Azərbaycan bayrağı onun tək övladı olan oğlu Fəxrəddin Əhmədova təqdim edilib.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən 17 itkin-şəhiddən 2-si qadındır. Onlardan Qarayeva Mehriban Arif qızı hərbçi, Əhmədova Zibeydə Bədəl qızı mülki şəxsdir. M.Qarayeva fevralın 20-də Sumqayıt Şəhidlər xiyabanında, Z.Əhmədova isə Xocalı Şəhidlər xiyabanında dəfn ediliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv