“Amazon” satış həcminə görə dünyanın ən böyük şirkəti oldu

“Amazon” satış həcminə görə dünyanın ən böyük şirkəti oldu






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Amazon” şirkəti satış həcminə görə dünya reytinqində birinci yerə yüksələrək ABŞ-nin nəhəng pərakəndə satış şəbəkəsi olan “Walmart”ı geridə qoyub.

presstvaz bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

2025-ci ilin yekunları əsasında “Amazon”un satış dövriyyəsi təxminən 717 milyard dollar təşkil edib. “Walmart”ın göstəricisi isə 713.2 milyard dollarda qalıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə “Walmart” 681 milyard dollarla liderliyini qoruyurdu, “Amazon”un satışları isə 638 milyard dollar idi. Beləliklə, “Amazon” bir il ərzində sürətli artım nümayiş etdirərək əsas rəqibini taxtından endirməyi bacarıb.

Hazırda “Amazon” dünyanın ən böyük onlayn pərakəndə satış platforması hesab olunur və onun xidmətlərindən ayda orta hesabla 2.7 milyard istifadəçi yararlanır. Öz növbəsində “Walmart” dünya üzrə 10 mindən çox mağaza və ticarət klubuna sahib olan ən böyük fiziki pərakəndə satış şəbəkəsi statusunu saxlayır. Lakin onlayn ticarətin sürətli inkişafı “Amazon”u ümumi liderliyə daşıyıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv