Ucarın 11 kəndi qazsız qaldı: “Yemək bişirə, çay qızdıra bilmirik” – VİDEO

Ucarın 11 kəndi qazsız qaldı: “Yemək bişirə, çay qızdıra bilmirik” – VİDEO






presstv

"Presstv"az #"Azəriqaz", #Audi, #Hadisə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 18-də Ucarda yanğın baş verib. Baş vermiş yanğın zamanı 11 kəndi qazla təmin edən yeraltı qaz xəttinin Qulabənd kəndi ərazisində qamışlıq sahədə keçən hissəsi naməlum səbəbdən zədələnib.

Nəticədə, əraziyə verilən təbii qazın verilişi dayandırılıb və 3 049 abonentin qaz təminatında fasilə yaranıb.

Bu barədə Baku TV-nin videomaterialında bildirilir.

“Fevralın 18-i saat üçdə qazlar kəsilib. Hələ də qaz yoxdur. Deyirlər ki, fasilələrlə verəcəklər, bu axşam olacağına inanmıram”, – sakinlərdən biri bildirib.

Başqa bir sakin isə belə deyib:

“Qaz yoxdur. Oruc tutan adamlarıq, ac-susuz qalmışıq. Yemək bişirə, çay qızdıra bilmirik”.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar:

“Hazırda ərazidə qazıntı işləri yekunlaşıb və polietilen boruların quraşdırılması mərhələsinə başlanılıb. Təmir-bərpa işləri çərçivəsində 315 millimetrlik 10 metr uzunluğunda yeni polietilen boru xətti çəkilir. Eyni zamanda borunun metal hissə ilə birləşmə qovşağı yenisi ilə əvəz olunur”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv