ABŞ bu ölkədən qoşunlarını çıxarır

ABŞ bu ölkədən qoşunlarını çıxarır






presstv

"Presstv"az #ABŞ, #Suriya, #Tehran, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ yaxın iki ay ərzində Suriyadakı təxminən min hərbçisini tam şəkildə geri çəkməyə hazırlaşır.

presstvaz xəbər verir ki, bu barədə Wall Street Journal nəşri ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilir ki, qərar Vaşinqton və Tehran arasında artan gərginliklə bağlı deyil. ABŞ qüvvələri artıq Tenef qarnizonundan və Suriyanın şimal-şərqində yerləşən Şəddadi hava bazasından geri çəkilib.

Rəsmilərin sözlərinə görə, Tramp administrasiyası Suriyada hərbi mövcudluğun artıq zəruri olmadığı qənaətinə gəlib. Eyni zamanda, Vaşinqtonun yeni mərhələdə Suriyanın keçid hökuməti ilə diplomatik əlaqələri gücləndirməyi planlaşdırdığı bildirilir.

ABŞ-nin Ankaradakı səfiri Tom Barrak isə daha əvvəl İŞİD-lə mübarizə missiyasının 99 faiz tamamlandığını açıqlamışdı. Onun sözlərinə görə, Suriyadakı ABŞ bazalarının sayı 8-dən 3-ə endirilib və bu rəqəm 1-ə qədər azaldıla bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv