Moskvada güclü qar həyatı iflic edib

Moskvada güclü qar həyatı iflic edib






presstv

"Presstv"az #Audi, #Aviareys, #Nəqliyyat, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moskvaya güclü qar yağıb. Rusiya paytaxtında artıq “narıncı” təhlükə səviyyəsi elan edilib: onlarla aviareys ləğv olunub, yollardakı tıxaclar isə 8-9 bala çatıb.

presstvaz BBC-yə istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyanin öz “Telegram” kanalında hava şəraitinin qeyri-adi dərəcədə ağır olduğunu bildirib:

“Bu qış bütün rekordları qırır. Qar dayanmaq bilmir. Bu gün aylıq normanın 70%-dən çoxunun yağacağı gözlənilir ki, bu da anomal göstəricidir”.

Merin sözlərinə görə, qarın bütün gün və gecəboyu, eləcə də növbəti gün yağmağa davam edəcəyi proqnozlaşdırılır.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına əsasən, əlverişsiz hava şəraiti səbəbindən artıq 19 aviareys ləğv edilib. Onlardan altısının xarici aviaşirkətlərə məxsus olduğu bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv