Məşqçi ilə qalamaqal yaşayan “Səbail”in kapitanı KOMANDADAN AYRILDI – 3 ay futbolsuz qalacaq

Məşqçi ilə qalamaqal yaşayan “Səbail”in kapitanı KOMANDADAN AYRILDI – 3 ay futbolsuz qalacaq






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Futbol, #Hadisə, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Səbail” futbol klubunun kapitanı Yusif Nəbiyev komandadan qarşılıqlı razılıq əsasında ayrılıb.

presstvaz xəbər verir ki, bu barədə 28 yaşlı futbolçu “Report”a açıqlama verib.

O, baş məşqçi Adil Şükürovla aralarında yaşanan qalmaqaldan danışıb:

“Baş məşqçi Adil Şükürovla aramızda olan məsələdə özümü günahkar sayıram. MOİK-lə matçda əvəz olunmaq istəmədim. Lakin bunun üçün özümə görə səbəblərim var idi. Mən “Şəfa” ilə çempionluq uğrunda matçda zədəli halda meydana çıxdım, əziyyət çəkdim. Belə bir görüşdə meydanı tərk etmək istəmirdim. Çünki heç kimdən zəif oynamırdım. Lakin matçdan sonra baş verən bəzi hadisələrə görə vəziyyət dəyişdi. Detallara girmək istəmirəm. Az yaşım yoxdur, heç kim şəxsiyyətimi alçalda bilməz”.

O, komandadan ayrılmasına bu cür münasibət bildirib:

“Komandadan uzaqlaşdırılmamışam. Bu, qarşılıqlı razılıq əsasında olub”.

Yusif Nəbiyev cari mövsümün sonuna qədər heç bir klubda çıxış edə bilməyəcəyini vurğulayıb:

“Maya qədər futbolsuz qalacağam. Lakin fərdi olaraq məşqlərimi davam etdirəcəm. Futbolu dayandırmaq fikrim yoxdur”.

Futbolçu klub rəhbərliyi ilə münasibətinin yaxşı olduğunu söyləyib:

“Rəhbərliklə münasibətimiz qaydasındadır. Hər halda, nə Adil Şükürov, nə də mən belə olmasını istəməzdik. Həyat davam edir, hər kəsə uğurlar arzu edirəm”.

Qeyd edək ki, Azərbaycan I Liqasının XV turunda keçirilən MOİK – “Səbail” matçının 60-cı dəqiqəsində baş məşqçi Adil Şükürov kapitan Yusif Nəbiyevi əvəzləmək istəsə də, futbolçu meydanı tərk etməkdən imtina edərək oyuna davam edib və bu da qalmaqala səbəb olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv