İsrail müharibəyə hazırlaşır: Tehran raket zərbələri endirə bilər

İsrail müharibəyə hazırlaşır: Tehran raket zərbələri endirə bilər






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #İran, #İsrail, #Jurnalistlər, #Müharibə, #Tehran, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrail Müdafiə Ordusu (SAXAL) ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlarında iştirak etməsə belə, Tehranın Tel-Əvivə raket zərbələri endirəcəyi gözlənilir. Bu səbəbdən İsrail hökuməti təcili yardım xidmətlərinə və hərbi komandanlığa müharibəyə hazırlaşmaq tapşırığı verib.

presstvaz xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.

Jurnalistlərin əldə etdiyi məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə İrana qarşı genişmiqyaslı hərbi zərbələr endirməyi planlaşdırır. Lakin hücumun dəqiq vaxtı məlum deyil və qərar verildikdən sonra da planlarda dəyişiklik edilə bilər.

“Yaranmış vəziyyətlə əlaqədar olaraq təcili yardım xidmətlərinə və hərbi komandanlığa müharibə hazırlığı əmri verilib. Müxtəlif təhlükəsizlik qurumları ölkədə ən yüksək müdafiə hazırlığı səviyyəsini elan ediblər”, – deyə məlumatda qeyd olunur.

Eyni zamanda, portalın iddiasına görə, Tramp administrasiyasının rəsmiləri Tehranın nüvə danışıqlarını qəsdən təxirə saldığına və Vaşinqtonu çaşdırmağa çalışdığına inanırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv