Rusiya və ABŞ iqtisadi işçi qrupu yaratmaq barədə razılığa gəlib

Rusiya və ABŞ iqtisadi işçi qrupu yaratmaq barədə razılığa gəlib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Co Bayden, #Donald Tramp, #Lukoil, #Müharibə, #Münaqişə, #Rusiya, #Sergey Lavrov, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya və ABŞ hərbi-siyasi məsələlər üzrə danışıqlarla yanaşı, ikitərəfli iqtisadi işçi qrupu yaratmaq barədə razılığa gəliblər.

presstvaz xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Al-Arabiya”ya verdiyi müsahibədə bildirib.

“Cenevrədə keçirilən genişləndirilmiş hərbi-siyasi danışıqlara əlavə olaraq, amerikalı həmkarlarımızla ikitərəfli iqtisadi işçi qrupu yaratmaq barədə razılığa gəldik. Bütün bu məsələləri həmin qrup çərçivəsində müzakirə edəcəyik. Donald Tramp administrasiyası tərəfindən müəyyən edilən qarşılıqlı faydaların nədən ibarət olduğunu anlamaq istəyirik”, – deyə o qeyd edib.

Lavrovun sözlərinə görə, tərəflər bir-birinin milli maraqlarını anlayırlar. Maraqların üst-üstə düşdüyü məqamlarda “fayda əldə etmək və layihələr həyata keçirmək”, üst-üstə düşmədiyi hallarda isə vəziyyətin “qarşıdurma həddinə, xüsusilə də qızğın qarşıdurmaya” çatmasına imkan verməmək lazımdır.

S.Lavrov Prezident Donald Trampın dövründə ABŞ ilə münasibətləri “praqmatik” adlandırıb. Lakin o əlavə edib ki, ABŞ-nin “LUKOIL” və “Rosneft”ə qarşı sanksiyaları “tamamilə gözlənilmədən” elan olunub. Nazir həmçinin Vaşinqtonun bəyanatları ilə addımlarının bəzən üst-üstə düşmədiyinə diqqət çəkib. Onun fikrincə, bir tərəfdən Moskvanı qlobal enerji bazarlarından sıxışdırmaq cəhdləri edilir, digər tərəfdən isə Ukrayna münaqişəsinin həllinə və qarşılıqlı faydalı əməkdaşlığın başlanmasına çağırışlar səsləndirilir.

“Tramp dəfələrlə açıq şəkildə bildirib ki, bu, onun deyil, Co Baydenin müharibəsidir. O buna mümkün qədər tez son qoymağa çalışır. Bu fakt hamıya məlumdur. Lakin müharibə artıq ən aktual qlobal məsələyə çevrilib. Buna görə də onu “yoldan kənarlaşdırmaq”, daha sonra isə qarşılıqlı faydalı layihələr həyata keçirmək lazımdır”, – deyə Lavrov vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv