Kolumbiya mətbuatı: Azərbaycan – yeni mühüm geosiyasi aktor

Kolumbiya mətbuatı: Azərbaycan – yeni mühüm geosiyasi aktor






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Bakı, #İlham Əliyev, #Kolumbiya, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kolumbiyanın ən qədim və aparıcı qəzetlərindən olan "El Espectador"da dərc edilmiş "Yeni geosiyasi aktor" başlıqlı məqalədə son illər qlobal siyasi mühitdə müşahidə olunan mürəkkəb və dinamik proseslər fonunda Azərbaycanın mühüm geosiyasi aktor kimi diqqət mərkəzinə düşdüyü vurğulanır.

presstvaz xəbər verir ki, məqalədə ölkəmizin tarixinə qısa nəzər salınır, XIX əsrin ortalarında paytaxt Bakı şəhərinin dünya neft sənayesinin mərkəzinə çevrildiyi qeyd olunur. 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək uzun illər davam edən münaqişəyə son qoyduğu və bu qələbə nəticəsində geosiyasi mövqeyini daha da gücləndirdiyi bildirilir.

Yazıda Azərbaycanın coğrafi üstünlüklərindən və zəngin təbii ehtiyatlarından geosiyasi, logistika və enerji sahələrində səmərəli şəkildə istifadə etdiyi, Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit ölkə rolunu gücləndirdiyi diqqətə çatdırılır.

Həmçinin ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursunun uğurlu nəticələrinə toxunulur, Azərbaycanın müxtəlif regionlar və dövlətlər arasında etibarlı körpü rolunu daha da möhkəmləndirdiyi qeyd edilir.

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv