Qrossi: İran nüvə proqramının bir hissəsini BAEA-dan gizlədib

Qrossi: İran nüvə proqramının bir hissəsini BAEA-dan gizlədib






presstv

"Presstv"az #Hakim, #İran, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İran hakimiyyəti nüvə proqramının və ya onun məqsədlərinin bir hissəsini Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) gizlədib”.

presstvaz xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyib.

Agentliyin direktoru bildirib ki, hazırda İranın nüvə silahı istehsal etdiyinə dair birbaşa dəlil yoxdur.

Lakin, İranda aparılan yoxlama zamanı mütəxəssislər nüvə proqramı ilə əlaqəsi olmayan yerlərdə zənginləşdirilmiş uran izləri aşkar ediblər.

“Bizim bəzi şeylərə çıxışımız var idi. Lakin biz zənginləşdirilmiş uranın izlərini görmüşdük və bu yerlər İranın nüvə proqramına heç bir əlaqəsi olmayan obyektlər idi. Əlbəttə ki, bir şeylər gizlədilmişdi”, – Qrossu “Foreign Policy”yə müsahibəsi zamanı deyib.

Qrossi qeyd edib ki, bu, Tehranın nəyisə gizlətdiyini göstərir. BAEA hesab edir ki, İran ərazisində təxminən 440 kq 60%-ə qədər zənginləşdirilmiş uran ola bilər. (APA)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv