Oğurluq etdiyi binaya yenidən qayıtdı: Yasamalda 30 minlik qızıl oğurlayan şəxs saxlanılıb

Oğurluq etdiyi binaya yenidən qayıtdı: Yasamalda 30 minlik qızıl oğurlayan şəxs saxlanılıb






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Cinayət işi, #DİN, #Hadisə, #Məhkum, #Oğurluq hadisəsi, #Yasamal Rayon Polis İdarəsi, #Yasamal Rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Emin Məmmədov illər öncə eyni binada törətdiyi cinayətə görə məhkum olunubmuş

        Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, Yasamal rayonu ərazisində yerləşən mənzillərin birindən iri məbləğdə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs evə daxil olaraq oradan 30 000 manat dəyərində qızıl-zinət əşyalarını talayaraq qaçıb.

“Köhnə tanış” yenidən iş başında Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən operativ əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Emin Məmmədov müəyyən edilərək saxlanılıb.

        presstvaz xəbər verir ki, araşdırmalar zamanı maraqlı fakt üzə çıxıb. Belə ki, saxlanılan şəxs illər öncə məhz elə həmin binada yerləşən başqa bir mənzildən oğurluq etdiyi üçün məhkum olunub. Cəzasını çəkib çıxdıqdan sonra o, yenidən eyni binaya üz tutaraq bu dəfə fərqli mənzili hədəf seçib.

Qızılları zərgərə satıb Müəyyən edilib ki, E.Məmmədov mənzildən oğurladığı külli miqdarda qızıl-zinət əşyalarını zərgərlik mağazalarından birinə satıb. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

         Hazırda onun digər bənzər cinayətlərdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv